“Kəpəz” klubu Antalyadakı hazırlıq prosesini yekunlaşdırıb
Yanvarın 18-dən Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” futbol klubu hazırlıq prosesini yekunlaşdırıb.

Bu gün səhər məşqi ilə komandanın 16 günlük Antalya toplanışı başa çatıb. Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsini qardaş ölkədə keçən “sarı-göylər” gündə iki dəfə məşq ediblər. “Kəpəz” toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, dörd yoxlama oyununa çıxıb.

Gəncə klubu Rumıniyanın “Viitorul” (1:1), Koreya Respublikasının “Daejeon Citizen” (1:0), Polşanın “Yagelloniya” (1:8) və Serbiyanın “Spartak” (2:0) klubları ilə qarşılaşıb.

Xatırladaq ki, “Kəpəz” mövsümün ikinci hissəsinə hazırlığın ilk mərhələsini Bakıda keçirib.

Xəbər 607 dəfə oxundu.