“Real” Ronaldunun maaşını ildə 30 milyon avroya qaldıracaq
“Real” futbol klubu hücumçu Kriştianu Ronalduya maaşının artırılacağı ilə bağlı yeni kontrakt təklif edib.

Razılaşmanın şərtlərinə görə, 32 yaşlı forvardın illik məvacibi 9 milyon avro artırılaraq 21 milyondan 30 milyon avroya çatdırılacaq.

Portuqaliyalı futbolçu madridlilərin rəhbərliyinə klubdan getmək istəmədiyini və “Santyaqo Bernabeu”da qalacağını anladıb. Maaşının artımından sonra Ronaldunun qazancı braziliyalı Neymarın hazırda Fransanın PSJ klubunda aldığı səviyyəyə çatacaq.

AZƏRTAC

Xəbər 605 dəfə oxundu.