Boks üzrə Azərbaycan millisi hazırlığa başlayır
Kişi boksçulardan ibarət Azərbaycan millisi fevralın 4-də təlim-məşq toplanışına start verəcək. Komandamızın baş məşqçisi Leonid Loivski hazırlığa 23 boksçu cəlb edib.

Bunlar ölkə çempionatının finalçıları, həmçinin həlledici görüşdə döyüşməyən, lakin öz çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən idmançılardır. Bakıda, Boks Mərkəzində təşkil olunacaq məşqlər fevralın 16-dək davam edəcək.

Toplanış Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək “Strandja” turnirinə hazırlıq məqsədi daşıyır. Bu yarış fevralın 18-dən 26-dək keçiriləcək.

Xəbər 1236 dəfə oxundu.