Azər Mirzəyev və Mələk İsmayıl “Fajr Sabalan Cup” turnirinin heyətindədirlər
Sabah İranın Mazandaran ostanında 26-cı “Fajr Sabalan Cup” turniri start götürüb. Turnirin “A” qrupunda 14 ölkədən 81 şahmatçı, o cümlədən 12 qrossmeyster mübarizə aparacaq.

Masters turnirində Azərbaycan idmanının şərəfini reytinq cədvəlində 11-ci yerdə olan beynəlxalq qrossmeyster Azər Mirzəyev qoruyacaq. Turnirin reytinq-favoriti ukraynalı Yuri Kuzubovdur.

“B” turnirində 14 ölkədən 150 şahmatçı yarışacaq. Azərbaycanı 14 yaşlı ustalığa namizəd Mələk İsmayıl təmsil edəcək.

İsveçrə sistemi üzrə keçiriləcək turnir 11 turdan ibarət olacaq.

Xəbər 1124 dəfə oxundu.