Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirəcək
Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirəcək.

Komandamız Lyublyanadakı “Stojice Arena”da Fransa millisi ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Oyunu Angelo Qalante, Alessandro Malfer (hər ikisi İtaliya), Ondrej Cernidən (Çexiya) ibarət hakimlər briqadası idarə edəcək.

Xəbər 551 dəfə oxundu.