Olivye Jiru “Arsenal”dan “Çelsi” klubuna transfer edilib
Fransalı futbolçu Olivye Jiru “Arsenal” klubundan “Çelsi”yə transfer edilib.

31 yaşlı hücumçu “Çelsi” ilə 2019/2020-ci il mövsümünün sonunadək müqavilə imzalayıb.

Transfer məbləğinin 20 milyon avro olduğu bildirilir.

Fransalı futbolçu 2012-ci ildən “topçular” klubunun şərəfini qoruyur. O, bu müddət ərzində 180 rəsmi oyuna çıxıb və 73 dəfə fərqlənib.

O.Jiru “Çelsi”də 18 nömrəli formada meydana çıxacaq.

AZƏRTAC

Xəbər 964 dəfə oxundu.