Yeniyetmə güləşçilər Balakəndə zona birinciliyində qüvvələrini sınayırlar
Balakən Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə 2001-2003-cü il təvəllüdlü yeniyetmələr arasında respublika birinciliyinin zona mərhələsinin yarışları başlanıb. Zona birinciliyində respublikamızın 12 şəhər və rayonunu təmsil edən 130 idmançı 12 çəki dərəcəsində mübarizə aparır.

Rayon Gənclər və İdman İdarəsindən bildiriblər ki, Azərbaycan Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən zona yarışına fevralın 1-də yekun vurulacaq. Hər çəki dərəcəsi üzrə ilk yerləri tutan güləşçilər respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanacaqlar.

Xəbər 1162 dəfə oxundu.