“Sağlam gənclik idmanda” layihəsinin açılışı olub
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Böyük Yol” Gənclər İctimai Birliyinin, Şəmkir rayon gənclər və idman idarəsinin, Şəmkir Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Sağlam gənclik idmanda” layihəsinin açılış mərasimi olub.

Açılışda çıxış edən layihə rəhbəri stritbol üzrə turnirin keçirilməsinin əsas məqsədlərindən danışaraq yarışın əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edənlər ölkəmizdə idmanın inkişafından bəhs edib və komandalara uğurlar arzulayıblar.

Sonra püşkatma mərasimi keçirilib, iştirakçı komandalar “A” və “B” qrupları üzrə mübarizəyə qoşulublar.

Gərgin idman mübarizəsi şəraitində keçirilən yarışın yekununda C.Rüstəmov və N.Gəncəvi adına şəhər, Zəyəm qəsəbə 2 nömrəli və Dəllər Cırdaxan kənd tam orta məktəblərinin komandaları dörddəbir finala vəsiqə qazanıblar.

Xəbər 885 dəfə oxundu.