“Sumqayıt” komandası “İranian Star” klubunu məğlub edib
İkinci dövrə üçün hazırlığını davam etdirən “Sumqayıt” futbol klubunun əvəzediciləri yanvarın 31-də növbəti yoxlama oyunu keçiriblər.

Baş məşqçi Elbrus Məmmədovun yetirmələri “Kapital Bank Arena”da İran təmsilçisi “İranian Star”la qarşılaşıb.

Görüş komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın qollarını Qurban Hüseynov (2 top) və Fərid Kərimzadə vurublar.

Xəbər 1150 dəfə oxundu.