İtaliya millisinin sabiq baş məşqçisi fəaliyyətini davam etdirmək niyyətindədir
Futbol üzrə İtaliya millisinin sabiq baş məşqçisi Campiero Ventura fəaliyyətini davam etdirmək niyyətindədir.

Təcrübəli mütəxəssis 2 aylıq sükutu pozaraq yerli mətbuata açıqlama verib.

Campiero Ventura bildirib ki, mənim üzərimdə böyük təzyiq vardı. Bunun nəticəsi çox ağır oldu. Futbolda heç kim təkbaşına qalib gəlmir, yaxud uduzmur. Bir sıra həqiqətlər var. Onlar ortaya çıxanda hər şey aydınlaşır. İşimə davam etməyə güclü istəyim var.

“Məqsədim bacarığıma şübhə edənlərə cavab verməkdir. Otuz beş illik fəaliyyətim 2 aya görə kənara atıla bilməz. İtaliyanın baş məşqçisi kimi macəram hələ İspaniya millisinə məğlubiyyətdən sonra başa çatmışdı. Karyeramı bərpa etmək istəyirəm. Bunu polemika və açıqlamalarla etmək fikrində deyiləm. Bunu futbol vasitəsilə, yaxşı nəticələr qazanmaqla və nəyə qadir olduğumu göstərməklə edə bilərəm”, - deyə Campiero Ventura əlavə edib.

Xatırladaq ki, Venturanın rəhbərlik etdiyi İtaliya millisi dünya çempionatının pley-off mərhələsində İsveç səddini keçə bilməyərək 1958-ci ildən sonra ilk dəfə mundialdan kənarda qaldı.

Xəbər 1139 dəfə oxundu.