“Ulduz” futzal klubu Slovakiyanın “Nove Zamky” komandasına qalib gəlib
İspaniyanın Alcalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının oyunlarına start verilib.

Eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çempionatının qalibi “Ulduz” futzal klubu turnirin ilk oyununda “Real E Non Solo” (İtaliya) ilə qarşılaşıb və 1:7 hesabı ilə məğlub olub.

Təmsilçimiz ikinci oyunda isə Slovakiyanın “Nove Zamky” komandası ilə qarşılaşıb. Oyun komandamızın 8:3 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 960 dəfə oxundu.