Bu gün kişi boksçular arasında Azərbaycan çempionatının finalçıları müəyyənləşəcək
Kişi boksçular arasında Azərbaycan çempionatında IV günün döyüşləri davam edir.

Boks Mərkəzində təşkil olunan və 39 komandanın qatıldığı yarışda bu gün yarımfinal döyüşləri keçirilir. On çəki üzrə 20 görüşdən sonra finalçılar müəyyənləşəcək. Qarşılaşmaları məğlub tərk edəcək boksçular isə bürünc medallarla kifayətlənməli olacaqlar.

Böyüklər arasında boks üzrə Azərbaycan çempionatının baş hakimi Emil Qurbanəliyevdir.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandadan 203 kişi boksçusu qatılıb.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qaliblərin adına yanvarın 31-də aydınlıq gələcək.

Xəbər 1372 dəfə oxundu.