Azərbaycan-Moldova oyununda qalib müəyyənləşməyib
Antalyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yanvarın 30-da futbol üzrə Azərbaycan milli komandası Moldova yığması ilə yoldaşlıq oyunu keçirib.

“Mardan” stadionunda keçirilən oyunda Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Abbas Hüseynov, Maksim Medvedev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Riçard Almeyda, Qara Qarayev, Mahir Mədətov, Cavid Hüseynov, Ruslan Abışov və Pavel Paşayev yer alıblar.

Moldovanın ilk onbirliyində isə meydana İlie Cebanu, İon Jardan, Petru Racu, Posmaç Veaçeslav, Cojocari Andrei, Antoniuc Alexandru, Rozgonine Artion, Pascenco Alexande, Dedov Alexandru, Maksim Mihaliov və Vladimir Ambros çıxıblar.

Türkiyəli baş hakim Hüseyin Göçekin idarə etdiyi oyunda hesab açılmayıb.

Millimizi Moldova ilə oyuna yığmamıza yeni təyin olunmuş baş məşqçi Qurban Qurbanov çıxarıb.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri onuncu dəfə üz-üzə gəliblər. Yubiley duelinədək komandamız 2 qələbə qazanıb, 4 heç-heçə edib, 3 dəfə uduzub.

Xəbər 1088 dəfə oxundu.