Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Ukrayna yığması ilə qarşılaşıb | |
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İranın Buşehr şəhərində təşkil olunmuş “Persian Cup-2018” beynəlxalq turnirində növbəti oyununu keçirib. Ukrayna yığması ilə qarşılaşan komandamız 3:4 hesabı ilə məğlub olub. Millimizin qollarını Ramil Əliyev, Orxan Məmmədov və Sabir Allahquliyev vurublar. |
|
Xəbər 1118 dəfə oxundu. |
|
|