“Sumqayıt”-“Akademiya Pandev” oyunu heç-heçə yekunlaşıb
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib.

Komandamız Makedoniya təmsilçisi “Akademiya Pandev” klubu ilə qarşılaşıb.

Matçın 30-cu dəqiqəsində Vurğun Hüseynovun qolu ilə “Sumqayıt” hesabda önə keçsə də, 44-cü dəqiqədə Aleksandar Mişov hesabda tarazlığı bərpa edib. Beləliklə, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama görüşünü yanvarın 31-də Rusiya Premyer Liqası təmsilçisi “Anji”yə qarşı keçirəcək.

Xəbər 1032 dəfə oxundu.