“Qəbələ” komandası Gürcüstanda “VİT-Corciya” klubu ilə yoldaşlıq oyununda qarşılaşacaq
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir.

“Qırmızı-qaralar” təlim-məşq toplanışı üçün Gürcüstana yollanıblar. Qış hazırlıq prosesinin Qəbələdə və Bakıdakı hissələrini başa vuran Emin İmaməliyevin yetirmələri fevralın 2-dək Tiflisdə məşq edəcəklər.

Komandamız qonşu ölkənin paytaxtında ilk məşqini də gerçəkləşdirib. Əvəzedicilər “Sabutalo” klubunun ev oyunlarını keçirdiyi “Bendela” stadionunda hazırlıq keçib.

Komandamız növbəti məşqinə bu gün çıxacaq.

Yanvarın 28-də isə “qırmızı-qaralar” Gürcüstanda ilk yoxlama oyununu keçirəcək. Komandamız birinci dəstədə çıxış edən “VİT-Corciya” ilə üz-üzə gələcək.

Xəbər 1053 dəfə oxundu.