“Kəpəz” klubu daha iki futbolçu ilə müqavilə imzalayıb
Gəncənin “Kəpəz” klubu daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirib.

Gəncə təmsilçisi braziliyalı yarımmüdafiəçilər Dario Frederiko və Dieqo Souza ilə müqavilə bağlayıb.

Dario cari mövsümün sonunadək, Souza isə bir il müddətində komandanın şərəfini qoruyacaq.

Xatırladaq ki, Frederiko əvvəlki iki mövsümdə “Kəpəz”in heyətində çıxış edib.

Xəbər 634 dəfə oxundu.