Azərbaycanın U-21 millisi Antalyada Albaniya yığmasına qalib gəlib
Təlim-məşq toplanışını Antalyada davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.

Albaniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda yeganə qolu 52-ci dəqiqədə Ülvü İskəndərov vurub.

Xəbər 583 dəfə oxundu.