Gəncənin “Kəpəz” klubu Koreya Respublikasının “Daejeon Citizen” komandasına qalib gəlib | |
Gəncənin “Kəpəz” futbol klubu Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. “Sarı-göylər” Koreya Respublikasının “Daejeon Citizen” klubu ilə qarşılaşıblar. Oyun komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. “Kəpəz” ilk yarıda İlkin Sadıqovun vurduğu qolla matçdan qalib ayrılıb. Qeyd edək ki, ilk yoxlama oyununda Gəncə təmsilçisi Rumıniyanın “Viitorul” klubu ilə qarşılaşıb və görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. |
|
Xəbər 623 dəfə oxundu. |
|
|