Azərbaycanı V Çempionlar Liqasında “Ulduz” futzal klubu təmsil edəcək
İspaniyanın Alcalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət futzal komandaları arasında yanvarın 30-dan fevralın 3-dək V Çempionlar Liqasının oyunları keçiriləcək.

Turnirdə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çempionatının qalibi “Ulduz” futzal klubu iştirak edəcək.

Püşkün nəticəsinə görə, “D” qrupunda yer alan təmsilçimizin rəqibləri Belçikanın “Zebre Çarleroi”, Slovakiyanın “Nove Zamky”, İtaliyanın “Real E Non Solo” və İspaniyanın “Alcala De Henares” komandaları olacaq.

“Ulduz” yanvarın 30-da “Real E Non Solo”, “Nove Zamky”, bir gün sonra “Alcala De Henares” və “Zebre Çarleroi” komandaları ilə qarşılaşacaq. Fevralın 1-də dörddəbir final, ertəsi gün yarımfinal, fevralın 3-də isə üçüncü yer və final oyunu keçiriləcək.


Xəbər 616 dəfə oxundu.