Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb | |
Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb. Sonuncu yarış taekvondo və boksçular arasında keçirilib. Rayon birinciliyində taekvondoçular üç yaş qrupunda mübarizə aparıblar. 2004-2006-cı, 2007-2008-ci və 2009-2010-cu il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda, ümumilikdə, 150-dən çox idmançı iştirak edib. Boksçuların yarışında isə 2005-2006-cı il təvəllüdlü 56 yeniyetmə idmançı gücünü sınayıb. Rayon birinciliyinin qalibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. |
|
Xəbər 1025 dəfə oxundu. |
|
|