Yeniyetmə samboçular arasında Bakı birinciliyinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sambo üzrə Bakı birinciliyi keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, birincilikdə 10 çəki dərəcəsi üzrə 141 idmançı mübarizə aparıb.

Yarışda Orxan Qəhrəmanov (48 kq), Hacalı Qasımov (52 kq), Sübhan İsrafilli (56 kq), Əjdər Əsədov (60 kq), Vüsal Mürsəqulov (65 kq), Adil Adilzadə (70 kq), Ağami Məmmədov (75 kq), Vüqar Ağayev (81 kq), Xəlil Cəlilzadə (87 kq) və Elvin Tarverdiyev (87 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1138 dəfə oxundu.