Bakıda beş ölkənin cüdoçuları təlim-məşq toplanışında iştirak edirlər
Cüdo üzrə Azərbaycan milli komandası gələn ay Fransanın Paris və Almaniyanın Düsseldorf şəhərlərində keçiriləcək “Böyük Dəbilqə” yarışlarına hazırlaşırlar.

Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında hazırlıq prosesi keçirən milli komandamızla yanaşı, Türkiyə yığmasının cüdoçuları da toplanışa qatılıb. Həmçinin Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstan çempionatının mükafatçılarından ibarət cüdoçular da təlim-məşq hazırlıqlarında iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında keçirilən hazırlıq prosesinə yanvarın 26-da yekun vurulacaq.

Xəbər 1040 dəfə oxundu.