Fil Nevill İngiltərənin qadınlardan ibarət yığmasına başçılıq edib
“Mançestr Yunayted” və “Everton” klublarının keçmiş yarımmüdafiəçisi Fil Nevill İngiltərənin futbol üzrə qadınlardan ibarət komandasına başçılıq edib.

41 yaşlı mütəxəssislə müqavilə qadınlar arasında “Euro-2021” çempionatının başa çatdığı vaxta qədər nəzərdə tutulub.

Bu, Nevill üçün baş məşqçi və qadın futbolunda məşqçi kimi ilk təcrübədir.

Bundan əvvəl “Mançestr Yunayted” və “Valensiya” klublarının hakimlər heyətində çalışan keçmiş futbolçu qardaşı Harrinin assistenti olub.

Xəbər 520 dəfə oxundu.