“Səbail” klubu Antalyada Ukraynanın “Çernomorets” komandası ilə qarşılaşıb
Bakının “Səbail” futbol klubu Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Paytaxt təmsilçisi Ukraynanın “Çernomorets” klubu ilə üz-üzə gəlib. Görüşdə hesab açılmayıb.

Qeyd edək ki, “Səbail” Antalyada ikinci oyununu yanvarın 26-da Serbiyanın “Napredak” klubuna qarşı keçirəcək.

Xəbər 556 dəfə oxundu.