Londonda Olimpiya markalarının təqdimatı olub

Londonda yay Olimpiya oyunlarında Britaniya idmançılarının qələbəsi ilə əlaqədar olaraq buraxılacaq poçt markaları maketlərinin təqdimatı olub.

Markalarda idmançının və ya iştirakçılar komandasının fotoşəkili o zaman olacaq ki, onlar öz idman növü üzrə qızıl medal alsınlar.

Təqdimatda iştirak etmiş “1993-cü ilin ən yaxşı yüngül atleti” mükafatının laureatı Salli Qannell belə hesab edir ki, yarışların iştirakçıları öz şəkillərini poçt markalarında gördükdə “öz gözlərinə inanmayacaqlar”.

İyulun 27-də Londonda yay Olimpiadasının açılışı günündən “Olimpiya oyunlarına xoş gəlmisiniz” ştempellərinin xüsusi seriyası satışa buraxılacaq.

Xəbər 1049 dəfə oxundu.