“Neftçi İdman Klubu”nun kikboksçuları respublika turnirində 11 medal qazanıblar
Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə respublika turniri keçirilib.

Yeniyetmələr və gənclər arasında təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun idmançıları 11 medal (3 qızıl, 4 gümüş, 4 bürünc) qazanıblar.

Klubun yetirmələrindən Elmir Alı (31 kq-dan yuxarı), Qalib Hüseynli (42 kq) və İsgəndər Hacıyev (75 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 1600 dəfə oxundu.