Ölkəmizdə yeni futbol klubu təsis edilib

Astara rayonunda yeni yaradılmış futbol klubu rəsmi qeydiyyatdan keçib.

AzərTAc xəbər verir ki, yeni futbol klubu “Sərhədçi” (Astara) Peşəkar Futbol Klubu adlanır.

Klubun “Sərhədçi” (Astara) adlandırılması rayonu əvvəllər təmsil etmiş komandanın adının bərpa olunması ilə bağlıdır. Yeni yaranmış klub birinci divizionda oynamaq niyyətindədir. Klubun əsas məqsədlərindən biri komandanın tərkibini yalnız yerli gənclərdən formalaşdırmaqdır. Hazırda klubda təşkilati işlər keçirilir.

Xəbər 1153 dəfə oxundu.