Azərbaycan atleti “Kuldiga Catherines Cup” beynəlxalq turnirinin qızıl medalına sahib olub
Latviyada atletika üzrə “Kuldiga Catherines Cup” beynəlxalq turniri keçirilib.

Səkkizinci dəfə təşkil olunan yarışda ölkəmizi 60 metr məsafəyə sədlərlə qaçış yarışlarında Rahib Məmmədov təmsil edib.

Məşqçi Elvin Əliyevin rəhbərliyi altında mübarizə aparan atletimiz 8 saniyə nəticə ilə turnirin qızıl medalına sahib olub.

İlk üçlüyü litvalı idmançılar Saulius Rapolas və Vrasinskas Martinas tamamlayıblar.

Qeyd edək ki, turnirdə 17 ölkədən 200-dən artıq atlet qalib adı uğrunda yarışıb.


Xəbər 1327 dəfə oxundu.