“Qəbələ”nin döyüşçüsü Pərviz Abdullayev növbəti qələbəsini qazanıb
“Qəbələ” idman klubunun döyüşçüsü Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.

İdmançımız bu dəfə Türkiyədə uğur əldə edib. O, Mersin şəhərində təşkil olunan muay-tay yarışında qüvvəsini sınayıb. Turnirdə 75 kiloqram çəki dərəcəsində çıxış edən P.Abdullayev Türkiyə təmsilçisi İsmayıl Uzuner ilə qarşılaşıb. Pərviz bu döyüşdə qalib gələrək, rinqi qələbə ilə tərk edib.

Xəbər 1667 dəfə oxundu.