Futzalçılarımız İran yığması ilə iki yoxlama oyunu keçirəcək
Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlığını Bakıda davam etdirən Azərbaycan millisi yanvarın 23-də və 24-də İran yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Ilk oyunu hakim Yusif Nurullayev, Hikmət Qafarlı və Ramil Namazov, ikinci qarşılaşmanı isə Elçin Səmədli, Ramil Namazov və Yusif Nurullayev idarə edəcəklər.

Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Joze Alesio Da Silvanı rəhbərlik etdiyi kollektiv qrup oyunları çərçivəsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.

Xəbər 757 dəfə oxundu.