İtaliya çempionatı: “İnter” klubu uğursuzluq zolağından çıxa bilmir
Yanvarın 21-də futbol üzrə İtaliya çempionatında 21-ci turun növbəti görüşləri keçirilib.

Turun mərkəzi matçı Milan şəhərində “İnter” ilə “Roma” klubları arasında oynanılıb. Son oyunlarda uğursuz nəticələr əldə edən “İnter” klubu bu dəfə də qələbə qazana bilməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Roma” klubu Əl Şəravinin vurduğu qolla ilk hissəni hesabda irəlidə bitirib. Matçın 86-cı dəqiqəsində isə Vesino “İnter”in bərabərlik qolunu vurub.

Bu nəticədən sonra “İnter” 43 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Roma” klubu isə 40 xalla beşincidir.

Xəbər 971 dəfə oxundu.