Fernandinyo 2020-ci ilədək “Mançester Siti”də forma geyəcək
İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçi Fernandinyo ilə müqavilənin müddətini uzadıb.

Müqaviləyə əsasən, 32 yaşlı braziliyalı 2020-ci ilədək klubda qalacaq.

Futbolçu “Tvitter” səhifəsində müqavilənin uzadılması ilə bağlı fikirlərini bildirərkən qeyd edib: “Bu fantastik bir klubdur və onun bir parçası olmaq istəyirəm".

Komandanın baş məşqçisi Pep Qvardiola isə Fernandinyonun dünyada üç ən yaxşı yarımmüdafiəçidən biri olduğunu bildirib.

“Şəhərlilər”in heyətində 212 dəfə forma geyən futbolçu 19 dəfə fərqlənib.

Xəbər 933 dəfə oxundu.