“Qarabağ”-“Kuban” oyunu heç-heçə yekunlaşıb
Ağdamın “Qarabağ” futbol klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Komandamız Rusiyanın “Kuban” klubu ilə qarşılaşıb. İlk hissədə Ağdam təmsilçisi bir neçə dəfə hesabı açmağa yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib.

Matçın 50-ci dəqiqəsində Əfran İsmayılov təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Üç dəqiqə sonra rəqib də penalti zərbəsindən yararlanaraq hesabı bərabərləşdirib. Matçın 60-cı dəqiqəsində rəqib cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabda irəli çıxıb. Görüşün 68-ci dəqiqəsində gənc futbolçumuz Zaur Fərzəliyev dəqiq zərbə ilə hesaba tarazlıq gətirib. Matç bu hesabla da başa çatıb - 2:2.

Xəbər 568 dəfə oxundu.