“Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib
Azərbaycan Premyer Liqasının qış fasiləsində “Kəpəz” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Əsas komandanın Bakıdakı təlim-məşq toplanışı dövründə uğurla baxışdan keçən Tural Nərimanovun Gəncə təmsilçisinin heyətində qalmasına qərar verilib. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən 28 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Xatırladaq ki, Tural Nərimanov əvvəlki iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub.

Xəbər 998 dəfə oxundu.