Könüllülərə sertifikat təqdim olunub
Yanvarın 18-də AFFA-nın inzibati binasında qeydiyyat prosesində fəal iştirak edən könüllülərə müvafiq sertifikat təqdim olunub.

Könüllülər AFFA-nın təşkilatçılığı ilə Sumqayıtda keçirilmiş “D” lisenziyalı məşqçi kurslarının təşkil olunduğu məktəblərdə futbol oynayan şagirdlərin qeydiyyat prosesində fəallıq göstəriblər.

Sertifikatları Kütləvi futbol departamentinin rəhbəri Cahangir Həsənzadə təqdim edib.

Xəbər 1166 dəfə oxundu.