Zemfira Meftəhəddinova da Londona gedir
Aprelin 17-29-da Böyük Britaniyanın paytaxtı Londonda atıcılıq üzrə dünya kuboku keçiriləcək. İdman.com.az saytının məlumatına görə, şəmin yarışda Azərbaycan milli komandaları da iştirak edəcək. Hafiz Cəfərovun rəhbərlik etdiyi stend atıcılığı üzrə yığmamızın heyətinə 3 snayperin adı daxil edilib. Bunlar olimpiya çempionumuz Zemfira Meftəhəddinova, Emin Cəfərov və Elvin İsmayılovdur. Güllə atıcılığı üzrə yarışlarda isə ölkəmizi İradə Aşumova ilə Ruslan Lunyov təmsil edəcəklər.


Xəbər 1883 dəfə oxundu.