Təmsilçilərimiz ciu-citsu üzrə “Böyük dəbilqə dünya turu” turnirində dörd medal qazanıblar
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində Braziliya ciu-citsu idman növü üzrə ən nüfuzlu turnirlərdən sayılan - “Böyük dəbilqə dünya turu” keçirilib.

Yüz ölkədən 2 min idmançının iştirak etdiyi yarışda ölkəmiz dörd idmançı ilə təmsil olunub.

İdmançılarımızdan Ayaz Süleymanov (94 kq) və Fuad Qadirov (110 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Mehman Fətullayev (85 kq) gümüş, Əhməd Babayev (77 kq) isə yarışın bürünc medalına sahib olublar.

Xəbər 1004 dəfə oxundu.