Çimərlik futbolu üzrə Azərbaycan millisi “Persian Cup-2018” beynəlxalq turnirində iştirak edəcək
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası yanvarın 25-dən 30-dək İranın Buşehr şəhərində təşkil olunacaq “Persian Cup-2018” beynəlxalq turnirdə iştirak edəcək.

Millimiz yanvarın 28-də, 29-da və 30-da müvafiq olaraq İran, İspaniya və Ukrayna yığma komandaları ilə qarşılaşacaq.

Millinin heyətinə Vaqif Şirinbəyov, Elçin Qasımov, İlqar Ələkbərov,

İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev və Əbdül Əliyev dəvət olunublar.

Xəbər 1039 dəfə oxundu.