“Kəpəz” daha üç futbolçunu heyətinə qatıb
Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha üç futbolçunu heyətinə qatıb.

Gəncə təmsilçisi bir yerli və iki əcnəbi oyunçu ilə güclənib.

“Sarı-göylər” ukraynalı qapıçı Serqey Litovçenko, gürcü əsilli yarımmüdafiəçi Giuli Manjqaladze və digər orta xətt oyunçusu Tərzin Cahangirovla anlaşıblar.

S.Litovçenko ilə mövsümün sonunadək, G.Manjqaladze və T.Cahangirovla isə bir illik müqaviləyə imza atılıb.

Xəbər 1017 dəfə oxundu.