“Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib
Bakının “Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.

Paraqvaylı yarımmüdafiəçi Fransisko Xavier Qarsia ilə birillik müqavilə bağlanıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu bunadək Paraqvayın “Serro Portenyo”, “İndependiente”, “Sportivo Lukeno”, “Deportivo Kapiata”, “Nasional” və Kolumbiyanın “Atletiko Huila” klublarında çıxış edib.

Xəbər 1039 dəfə oxundu.