IFFHS dünyanın ən yaxşı futbol klublarının reytinqini açıqlayıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı klublarının reytinq siyahısını açıqlayıb.

Planetin ən yaxşı 402 komandasının yer aldığı siyahıda Azərbaycan üç klubla təmsil olunub.

IFFHS-in tərtib etdiyi cədvəldə Ağdam təmsilçisi “Qarabağ” klubu 136 xalla 93-cü pillədə yer alıb. Siyahıdakı digər təmsilçimiz “Zirə” isə 72 xalla dörd klubla 296-cı yeri bölüşüb. Hesabında 65 xal olan “Qəbələ” isə 353-cü pillədədir.

Qeyd edək ki, siyahıya İspaniyanın “Real Madrid” klubu 328 xalla başçılıq edir. Braziliya “Qremio”su 286 xalla ikinci, İngiltərə təmsilçisi “Mançester Yunayted” isə 284 xalla üçüncüdür.


Xəbər 1121 dəfə oxundu.