Azərbaycanın 21 yaşadək futbolçuları “Alanyaspor” komandasına qalib gəliblər
Futbol üzrə U-21 Azərbaycan milli komandası Antalyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yanvarın 16-da yoldaşlıq oyunu keçirib.

“Alanyaspor” klubunun nəzdindəki U-21 komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qələbə qazanıb.

Türkiyə təmsilçisinin qapısına qolları millimizin üzvlərindən Nicat Süleymanov, Elnur Cəfərov və Ülvi İsgəndərov vurublar.

Xəbər 1041 dəfə oxundu.