Gənc boksçular arasında Azərbaycan birinciliyində 140 idmançı mübarizə aparır
Yanvarın 16-da gənc boksçular arasında Azərbaycan birinciliyi start götürüb.

Yarışda paytaxtın və respublikanın digər bölgələrindən 31 komanda mübarizə aparır. On çəki dərəcəsi üzrə keçirilən birincilik Boks Mərkəzində təşkil olunub.

Qalib adı uğrunda 140 idmançının mübarizə apardığı turnirdə artıq ilk qarşılaşmalar keçirilib. Yarışların final qarşılaşmaları yanvarın 19-da təşkil ediləcək.

Xəbər 1114 dəfə oxundu.