Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb
Norveçin paytaxtı Osloda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Yarışda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında təmsil olunub.

Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə hərəkətlərdə göstərərək dördüncü yerdə qərarlaşıb. Onun komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışda beşinci olub.

Turnirdə Azərbaycanın aktivinə yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında yalnız Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.

Xəbər 1024 dəfə oxundu.