Aleksandr Starkov: Baş məşqçi postundan istefa ilə bağlı qərarı özüm verdim - MÜSAHİBƏ
“Bakı” klubunun sabiq baş məşqçisi Aleksandr Starkov Latviya mətbuatına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, 57 yaşlı mütəxəssis daha çox çalışdırmaqda davam etdiyi Latviya yığmasından danışsa da, ölkəmizdə karyerasının alınmamağı ilə bağlı suallara da cavab verib.

- “Bakı” klubundan istefanız nə ilə bağlı idi?
- Baş məşqçi postundan istefa ilə bağlı qərarı özüm verdim. Bu, mənim qərarım idi.

- Bəs buna səbəb nə oldu?
- Aydın idi ki, klubun sahibləri tam başqa nəticə gözləyirdi. Onlar komandaya və infrastruktura böyük pullar xərcləyib. Səviyyəli futbolçuların yetişməsi üçün hər cür şərait yaradıb.

- Onda problem nə idi?
- Klub rəhbərliyi dərhal böyük nəticələrin qazanılmasını istəyirdi. Amma müxtəlif səbəblərdən bu baş vermədi.

- Buna nə mane oldu?
- Səbəblər müxtəlif idi. Komandada çox sayda yeni oyunçular var idi ki, onlara da uyğunlaşma çatmırdı. Hər şey göründüyü qədər sadə deyildi.

- Belə vəziyyətdə işləmək də çətindir...
- Üstəlik, azarkeşlər və mətbuat tərəfdən, həmçinin rəhbərlikdən mənə təzyiqlər başladı. Bu vəziyyətdən çıxış yolu kimi istefa verməyi gördüm.

- Uğursuzluq nə ilə bağlı idi?
- Hesab edirəm ki, hər şeyi düzgün və peşəkar səviyyədə görürdüm. Düzgün hesab etdiyim kimi edirdim. Lakin bu, artıq arxada qalıb. Həyatımda və karyeramda yeni mərhələyə qədəm qoyuram.

Xəbər 1077 dəfə oxundu.