Qılıncoynadanımız dünya kuboku yarışlarına Kiyevdə hazırlaşır
Qılıncoynatmanın şpaqa növü üzrə çıxış edən idmançımız Kənan Əliyev dünya kuboku yarışlarına hazırlaşır.

K.Əliyev yanvar 19-23-də baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında Kiyevdə təlim-məşq toplanışında iştirak edəcək.

Şpaqaçımız yanvarın 25-26-da Almaniyanın Haydenhaym şəhərində keçiriləcək dünya kuboku yarışlarında mübarizə aparacaq.

Xəbər 1371 dəfə oxundu.