Karateçilərimiz Xorvatiya Qran-Pri turnirində medallarının sayını səkkizə çatdırıblar
Yeniyetmələrin ardından gənclərdən ibarət milli komandamız Xorvatiyada karate üzrə 27-ci Qran-Pri turnirində medallara sahib olub.

Gənc karateçilərimiz yarışda iki gümüş və üç bürünc medal qazanıblar.

Məhəmməd Məmmədov (65 kq), Ülvi Qurbanov (60 kq) və Murad Hacızadə (84 kq-dan yuxarı) nüfuzlu beynəlxalq turnirin ikinci pilləsində yer alıblar. Mədinə Sadıxova (48 kq), Müseib Məmmədov (68 kq) və Elcan Məmmədrzayev (60 kq) isə yarışı üçüncü yerdə başa vurublar.

Ruslan Əhmədov (75 kq) və Murad Balakişiyev (84 kq) bürünc medal uğrunda görüşdə məğlub olublar. Aytac Əliyeva (55 kq) mübarizəni bürünc mükafatın bir addımlığında dayandırıb.

Xəbər 1084 dəfə oxundu.