“Təhsil” və "Məhsul” komandaları rəqibləri üzərində asan qələbə qazanıblar
Yanvarın 14-də həndbol üzrə Azərbaycan çempionatında kişilər arasında yeni ilin ilk qarşılaşmaları keçirilib.

Görüşlər favoritlərin asan qələbəsi ilə yekunlaşıb. Belə ki, "Təhsil" komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini 48:26, "Məhsul" kollektivi isə "Bakı" həndbolçularını 37:30 hesabı ilə məğlub edib.

AZƏRTAC

Xəbər 1525 dəfə oxundu.