Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. Bernard Lippertin yetirmələri Finlandiya yığması ilə üz-üzə gələcək. Qarşılaşmaya qonaq qismində çıxacaq komandamız Helsinkidə oynayacaq. HİK klubuna məxsus “Sonera” stadionuna qədəm basacaq yığmamızın oyunu Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.

Qeyd edək ki, millimiz Skandinaviyaya 21 futbolçu ilə yollanıb.

Xəbər 971 dəfə oxundu.